Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən 2024-cü ilin 1-ci yarısında 187 repatriantla sosial reabilitasiya işi aparılıb.

Bu barədə İqtisadiyyat.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi aparılıb.

Qiymətləndirmənin nəticəsinə uyğun reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilib.

Qeyd edilib ki, ümumilikdə, Agentlik tərəfindən ölkəmizə repatriasiya olunmuş 528 şəxs sosial reabilitasiya və reinteqrasiya xidmətləri ilə təmin edilib.