Ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında 30 960 nəfər həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi bildirib.

Departamentin məlumatına görə, 72 524 nəfər yaralanıb.

Son 24 saat ərzində isə bölgədə 82 nəfər hərbi əməliyyatların qurbanı olub, daha 122 nəfər yaralanıb.

 

Gözəl Həşimova