Qəzzada aclıq və susuzluqdan ölənlərin sayı 23-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra məsələ ilə bağlı yazılı açıqlama verib.

Məlumatda Şifa xəstəxanasında daha 3 uşağın aclıq və susuzluqdan öldüyü bildirilir.

Birləşmiş Millətlər Təşkilatı Qəzza zolağında 2,2 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

 

Gözəl Həşimova