İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 400-ə yaxın məscid tamamilə və ya qismən dağıdılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı anklavın media ilə əlaqələr şöbəsi verib.

Məlumata görə, İsrail hərbçiləri 140 məscidi tamamilə, 240-nı isə qismən dağıdıb, 3 xristian kilsəsinə də ziyan dəyib. Departament əlavə edib ki, İsrailin hərəkətləri nəticəsində zədələnmiş bəzi memarlıq obyektləri min ildən çox əvvəl ucaldılıb. Anklavdakı məscidlər və kilsələr sistematik raket hücumlarına və bombardmanlara məruz qalıb.