Qərb ölkələrinin dəstəyi olmasa, Ukrayna büdcə xərclərini azaltmaq və ya kəsirini bağlamaq üçün pul çap etməyə məcbur olacaq.

Bu barədə İqtisadiyyat.az "The Wall Street Journal"a istinadən xəbər verir.

Bildirilib ki, hər iki variant ölkə iqtisadiyyatı üçün ciddi risk yarada bilər.

Məlumata görə, Kiyev qısamüddətli perspektivdə Qərb ölkələrinin dəstəyinin azalması fonunda daha həssas vəziyyətdədir. Bundan əlavə, bu il ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra Vaşinqtonun Ukraynaya yardım yanaşmasının dəyişə biləcəyi ilə bağlı narahatlıq da artır.

Daha əvvəl Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva bildirilib ki, Ukrayna sadecə bir neçə ay xarici maliyyə yardımının olmamasına tab gətirə bilər.

 

Gözəl Həşimova