Fələstinin İordan çayının qərb sahilində baş verən silahlı hücumda 4 israilli ölüb, 4 israilli yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, ötən gün İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsinə helikopter basqınından sonra Ramallah şəhərinin şimalında yerləşən Eli anklavında silahlı hücum təşkil edilib.

Hücum edən şəxs hadisə yerində güllələnib. İsrail Müdafiə Qüvvələri (IDF) hücum edənin fələstinli olduğunu və hücumla bağlı başqa şübhəlilərin də ola biləcəyini bildirib.