“Pərdə arxasında bir çox qərbli analitiklər Ukraynanın əks-hücumunun uğuruna ciddi şübhələr bildirirlər”.

Bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

Narışkinin sözlərinə görə, “NATO tərəfindən təlim keçmiş hərbçilərin xeyli hissəsinin həlak olması və texnikanın məhv edilməsi Ukrayna ordusunun döyüş qabiliyyətini sarsıdacaq. Bu, öz növbəsində, Zelenski rejiminin sabitliyinə mənfi təsir göstərəcək”, deyə o bildirib.

Narışkinin əlavə edib ki, Amerika və Avropa kəşfiyyat xidmətlərinin və hərbi idarələrinin nüfuzlu nümayəndələri əks-hücumun birbaşa əks nəticələrə səbəb ola biləcəyini istisna etmirlər.