Özlərini MİT personalı kimi təqdim edən və Qəddafinin qızıllarını Türkiyəyə gətirdiklərini iddia edərək ümumi 1 milyon 400 min lirə ( 294.117 min manat) ziyan vuran fırıldaqçılar polisin əməliyyatı ilə tutulub.

Polis həmin şəxslərin əlaqədə olduqları yaşlı və dul qadınlarla əxlaqsız etdiklərini, banklardan vətəndaşlara məxsus pulların oğurlandığını, hündürmərtəbəli yaşayış binası tikməyi söz verərək insanları aldatdığını və başqa dələduzluq halları ilə insanların pullarını əllərindən aldığını təsbit edib. Onların, devrilmiş Liviya lideri Müəmmar Qəddafinin qızıllarını Türkiyəyə gətirdiklərini iddia edərək aldatdıqları adamlar da daxil olmaqla 1 milyon 400 min lirə (294.117 manat) əldə etdikləri aşkar olunub.

Fırıldaqçılar rəsmi büro tərəfində izlənilib və onları tutmaq mümkün olub. Onların ev, iş yeri və avtomobillərinə baxış zamanı çoxlu sayda, qiymətli kağız, sənədlər, əmlak çıxarışları, pul ələ keçirilib. Dələduzlar tutularaq Kepsut L tipli cəzaçəkmə müəssəsinə göndərilib.