Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, turun son matçında "Sumqayıt" doğma meydanda "Qəbələ" klubunu qəbul edib. İlk 2 qolu ev sahibi komanda vursa da, Qəbələ şəhər təmsilçisi 3 qol vuraraq oyunu öz xeyrinə dəyişməyi bacarıb.

"Sumqayıt" 25 xalla 8-ci pillədə, "Qəbələ" isə 45 xalla 4-cü pillədə qərarlaşıb.