Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

İqtisadiyyat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Qəbələ" azarkeşləri önündə "Səbail"i məğlub edib - 3:2.

Qonaqlar ilk hissəni öndə bitirsə də, bölgə təmsilçisi geridönüş edərək qələbə qazanıb. 

Azərbaycan Kuboku

Yarımfinal mərhələsi, ilk oyun

18 aprel

“Qəbələ” – “Səbail” - 3:2

Qollar: Rafael Utziq, 34, 63, Felipe Santos, 74 - İlkin Muradov, 8, Emil Martinov, 21

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Emin Cəfərov

Qəbələ şəhər stadionu