Azərbaycan Premyer Liqasında 29-cu tura start verilib.

İqtisadiyyat.az xəbər verir ki, turun açılış matçında "Qəbələ" doğma meydanda "Zirə" klubunu qəbul edib. Qəbələ şəhər təmsilçisi bu matçda 2-1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, bu qələbədən sonra "Qəbələ" "Zirə"ni qabaqlayaraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.