Qazaxıstanın ən çox ticarət etdiyi ölkələr siyahısında Rusiyanın yerini Çin tutub.

İqtisadiyyat.az "Naryk.kz"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Statistika İnstitutunun məlumatında deyilir.

Məlumata görə, bu ilin yanvar-may aylarında Qazaxıstanın Çin ilə ticarət dövriyyəsi 10,7 milyard dollar, Rusiya ilə 10,5 milyard dollar təşkil edib. Qazaxıstanın xarici ticarətində Çinin payı 17,1%-dən 19,2%-ə yüksəlib, Rusiyanın payı isə 18,8%-dən 18,6%-ə enib.

 

Gözəl Həşimova