Qaxda 39 yaşlı piyadanı avtomobil vurub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, İbadət Nagıyevin idarə etdiyi "BMW" markalı minik avtomobili ilə hərəkətdə olarkən piyada, 1984-cü il təvəllüdlü Elnur Məhyəddinovu vurub.

Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.