Pakistan hökuməti koronavirusun yayıldığı Çindən vətəndaşlarını təxliyyə etməyəcəyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hökumət bu qərarı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi ilə qəbul etdiyini bidirib.
“Bu qərar, Çindəki vətəndaşlarımızın, bölgənin və Çinin maraqlarına uyğun olduğu üçün qəbul edilib. ÜST və Çinin həyata keçirdiyi siyasət bizim də siyasətimizdir. Çinə hər cür dəstəyi verməyə hazırıq. Orada olan həmvətənlərimizi təxliyyə etsək, epidemiya bütün dünyaya yayılacaq. Buna görə də onlar təxliyyə edilməyəcək" – deyə, Baş nazirin səhiyyə üzrə müşaviri qeyd edib.