26 mart 2023-cü il tarixində “Qarabağ” və “Qalatasaray” klubları arsında xeyriyyə matçı keçirilmişdir.

İqtisadiyyat.az xəbər verir ki, əvvəlcədən də bəyan edildiyi kimi bu oyundan gələn gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Nəzərinizə çatdırmaq istəyirik ki, “Qarabağ” və “Qalatasaray” arasında baş tutmuş oyunun gəlirləri 1.090.455 (Bir milyon doxsan min dörd yüz əlli beş) AZN, təxminən 12.336.000 (on iki milyon üç yüz otuz altı min) Türkiyə Lirası olmuşdur. Bu gəlirlərdən bəziləri (Türkiyədə oyunun yayım hüququndan gələn və Türkiyədən verilmiş reklam gəlirləri) "Qalatasaray" tərəfindən açılmış yardım hesabına köçürüləcəkdir. 

Bilet satışı, meydan ətrafı reklam gəlirləri, həmçinin Azərbaycanda yayım haqqından gələn və digər gəlirlər isə qısa zamanda Türkiyədəki uyğun hesaba göndəriləcəkdir.