"Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Braqa” Portuqaliya Kubokunda 1/8 final oyununa çıxıb. Sözügedən komanda “Benfika” ilə qarşılaşıb.

İqtisadiyyat.az xəbər verir ki, 5 qolun vurulduğu görüş “Braqa”nın məğlubiyyəti ilə başa çatıb – 2:3. “Benfika”da Rafael Silva, Kabral və Orsnes fərqlənib. “Braqa”nın qollarına isə Joao Mario (avtoqol) və Salasar imza atıb.

“Qarabağ” Avroliqanın pley-off mərhələsində fevralın 15-də səfərdə “Braqa” ilə qarşılaşacaq. Cavab oyunu isə bir həftə sonra Bakıda olacaq