UEFA Avropa Liqasının qrup mərhələsinin ən yaxşı qapıçılarının siyahısını təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, TOP-5-də "Qarabağ"ın qolkiperi Andrey Lunyov da yer alıb. Rusiyalı qapıçı qrup mərhələsində 23 seyvlə 3-cü sırada göstərilib.

Birinci pillədə isə Kiprin "Aris" komandasının qapıçısı Vana yer alıb. O, 6 görüşdə 30 seyvlə yadda qalıb.

"Qarabağ" H qrupunu ikinci sırada tamamlayıb və tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib