UEFA Avropa Liqasının VI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Hakken" oyununun hakimləri məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, matçı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşma dekabrın 14-ü saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Hazırda "Qarabağ" turnir cədvəlində 7 xalla ikinci pillədə qərarlaşıb. "Hakken" isə qrup sonuncusudur.

“Qarabağ” – “Hakken”

14 dekabr. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45

Baş hakim: Juxhin Xhaja

Baş hakimin köməkçiləri: Dojando Myftari, Rejdi Avdo

Dördüncü hakim: Olsion Yzeiraj

VAR: Luca Pairetto (İtaliya)

AVAR: Valerio Marini (İtaliya)

Hakim inspektor: Alan Mario Sant (Malta