"Qarabağ-2" klubunun futbolçusu Şirxan Həsənzadənin məşq zamanı halı pisləşdikdən sonra xəstəxanaya çatdırılmışdı.

İqtisadiyyat.az xəbər verir ki, "Operativ Media"ya açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə futbolçunun vəziyyətinin stabil olduğunu bildirib.

"Məşq zamanı səhəti pisləşən futbolçumuz Şirxan Həsənzadənin vəziyyəti stabildir. Həkimlərin müdaxiləsindən sonra vəziyyəti yaxşıya doğru dəyişib".

***

15:20

"Qarabağ-2″nin məşqi zamanı xoşagəlməz hadisə yaşanıb. Ağdam təmsilçisinin əvəzedici komandasının məşqində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb.

İqtisadiyyat.az Sportal.az-a istinadən xəbər verir ki 20 yaşlı futbolçu təcili tibbi yardımla dərhal xəstəxaya çatdırılıb. Gənc oyunçunun həyati təhlükəsi var.

Qeyd edək ki, Şirxan Həsənzadə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.