17 noyabr 2022-ci il tarixində "Qarabağın yenidən qurulması çərçivəsində yol, körpü və tunel tikintilərində tətbiq edilən müasir materiallar, mexanizmlər və istifadə qaydaları" üzrə konfrans keçiriləcək.

"Turquoise" MMC və "Proyapı" şirkətlərindən İqtisadiyyat.az-a  verilən məlumata görə, konfrans "Holiday İnn" otelinin Bakı zalında (3-cü mərtəbə) keçiriləcək.

Konfransın açılışında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın, Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynlinin, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının çıxışı planlaşdırılır.

Konfransda Qarabağda çəkilən yollardan, tunellərdən və körpülərdən bəhs edən video çarx nümayiş olunacaq.

Konfransda "Aironn" şirkətindən Uğur Akgül və Efe Ünal "Tunellərdə və avtodayanacaqlarda havalandırma", "Freysinnet" şirkətindən Marco Novarin "Aşağıya doğru yamac boyunca mərhələli enmə üsulu ili 55 metr uzunluğunda körpü aşrımının həyata keçirilməsi, Qarabağ üçün zəlzələyə davaml bina modeli", "Arfen Körpü" şirkətindən Mehmet Kara və Fazıl Rahim "Avtomobil və dəmiryolu körpülərində yastıq və inşaat tikiş birləşmələri", "İstanbul Teknik"dən Tolga Tonguç Değer və Serkan Sarı "Geoarme divarlar və onların Qarabağın yenidən qurulmasında nümunələri, yol tikintisində innovativ məhsullar" mövzularında çıxış edəcəklər.

Konfransda hər bir çıxışdan sonra suallar və cavalar üçün vaxt ayrılacaqdır.