Rusiya Müdafiə Nazirliyi bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi və ətraf rayonlarında ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirliyin yaydığı bəyanatda qeyd edilib.

Əlavə edilib ki, Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığı razılıq əldə etmək üçün artıq mövzu ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparıb.