Şahruddin Məhəmmədəliyev "Qarabağ"dan ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki, Ağdam klubu sosial şəbəkə hesablarında "Təşəkkürlər, Şah!" yazaraq qapıçı ilə vidalaşıb.

"Qarabağ" Şahruddin Məhəmmədəliyev Türkiyənin "Adana Dəmirspor" klubuna transfer olunduğunu açıqlayıb. Klubun yaydığı açıqlamada deyilir: "Şahrudin Məhəmmədəliyev Türkiyənin "Adana Dəmirspor" klubuna transfer olub. 2016-cı ildən komandamızda çıxış etmiş Şahrudin Məhəmmədəliyevə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!