Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, turun son matçında "Qarabağ" Tofiq Bəhramov adına respublika stadionunda "Qəbələ" klubunu qonaq edib. 

Matç Ağdam təmsilçisinin 3-0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarının sayını 32-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Zirə"dən 4 xal uzaqlaşıb.

Misli Premyer Liqası

15-ci tur

4 dekabr

“Qarabağ” – “Qəbələ” 3:0

Qollar: Hamidu Keyta, 7. Nəriman Axundzadə, 64. Olavio Juninyo, 90+2.