“İzmir Cup – 2023” turnirinin qrup mərhələsinə yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, “Qarabağ”ın U-12 komandası bu gün 5 oyun keçirib. "Atlılar" “Ayntraxt” (Almaniya, Frankfurt) və “Manisa” (Türkiyə) klublarına qalib gəlib. Hər iki oyun 1:0 hesabı ilə başa çatıb.

Türkiyənin “Başakşəhər” və “Altınordu” klublarına 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi son turda Portuqaliya “Portu”su ilə heç-heçə edib – 0:0.