"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Molde" ilə qarşılaşıb.

İqtisadiyyat.az xəbər verir ki, 4 qolun vurulduğu matçda 2-2 hesablı bərabərlik qeydə alınıb.

"Qarabağ" bu heç-heçədən sonra kassasını zənginləşdirib. Belə ki, UEFA-nın 2023-2024 mövsümündə Avropa Liqasının qrupunda heç-heçə edən klublara verdiyi pul mükafatı 210 min avrodur. "Qarabağ" dünənki matçdan (2-2) sonra kassasına bu məbləği əlavə etməyi bacarıb.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrupuna vəsiqə qazandıqdan bu günə kimi  5 milyon avro pul mükafatı qazanıb. Azərbaycan təmsilçisi 1/16 final mərhələsinə vəsiqə qazanrsa daha 1,2 milyon avro qazanacaq.