Türkiyənin İzmir şəhərində “İzmir Cup – 2023” beynəlxalq turnirinin qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, E qrupunda qərarlaşan “Qarabağ” FK-nın U-12 komandası 2-ci turda Niderlandın “Ayaks” klubu ilə qarşılaşıb. Oyun komandamızın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

U-12 komandamız günün son oyununu Serbiyanın “Srvena Zvezda” klubuna qarşı keçirəcək.