Azərbaycan Premyer Liqasının 6-cı turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasına bilet satışı davam edir.

İqtisadiyyat.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu oyuna hazırda 4500 bilet satılıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər iticket.az-da və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışdadır.

Qeyd edək ki, sözügedən görüş sentyabrın 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq