"Qalatasaray" ciddi itki ilə üzləşib.

İqtisadiyyat.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Abdulkerim Bardakçı zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçunun müalicəsinə başlanıb və o, bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Abdulkerim bu mövsüm Super Liqada 21 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.