Türkiyə Super Liqasının lideri "Qalatasaray" həm hücumda, həm də müdafiədəki təsirli çıxışı ilə zirvədəki yerini möhkəmləndirir.

 İqtisadiyyat.az xəbər verir ki, Super Liqada geridə qalan 30 həftədə 28 oyun keçirən "sarı-qırmızı"lı komanda 22 qələbə, 3 heç-heçə və 3 məğlubiyyət yaşayıb. 69 xalla lider kürsüsündə oturan "Qalatasaray" bitimə 8 həftə qala çempionluğa ən böyük namizəddir.

"Qalatasaray" bu mövsüm Super Liqada ən çox qol vuran ikinci komandadır.

 Liqada geridə qalan 28 matçda 64 qol vuran "sarı-qırmızılılar" hər oyuna orta hesabla 2,28 qol vurub. "Qalatasaray"  "Fənərbaxça"dan cəmi 5 qol az vurub.

 Qalatasaray bu performansı ilə 28-ci matçda son 17 mövsümün ən yaxşı performansını nümayiş etdirir.