Türkiyə Super Liqasında 29-cu tura start verilib.

İqtisadiyyat.az xəbər verir ki, "Qalatasaray" doğma meydanda "Kayserispor" klubunu qonaq edib. Matç İstanbul təmsilçisinin 6-0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra "sarı-qırmızılar" xallarının sayını 67-ə yüksəldərək turnir cədvəlində liderliyini davam etdirir.