"Qalatasaray" "Kopenhagen" matçında uduzdu və turdan əlavə əhəmiyyətli məbləğdə pul mükafatını əlindən qaçırdı.

İqtisadiyyat.az xəbər verir ki, "sarı-qırmızılılar" qalib gəlsəydi, son 16 turdan əlavə öz kassasına 12,4 milyon avro qoya bilərdi. 

Qalatasaray UEFA Çempionlar Liqasında mövsümü iştirak, əmsal və performans bonuslarından təxminən 30 milyon avro gəlirlə bağladı.