"Rusiya Prezidenti Vladimir Putin taxıl müqaviləsinin davam etməsini istərdi".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyə Ərəbistanı və digər Körfəz ölkələrinə rəsmi səfərindən öncə jurnalistlərə açıqlamasında deyib.

Türkiyə prezidenti səfərindən sonra Putin ilə danışıqlar aparacağını qeyd edib: “Mən inanıram ki, Putin bu humanitar körpünün fəaliyyətini davam etdirməsini istəyir və mən səfərdən qayıdan kimi onunla danışıqlar aparacağam”.

Ərdoğan Putinlə planlaşdırılan danışıqlardan sonra taxıl müqaviləsinin avqusta qədər bərpa olunacağını istisna etməyib.

 

Gözəl Həşimova