Ukrayna münaqişəsinin həllinin açarı Qərbdədir, bunun üçün onlar Ukraynaya silah və texnika tədarükünü dayandırmalıdırlar.

İqtisadiyyat.az xəbər verir, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi müxbirlərlə görüşündə deyib.

O, əmin olduğunu vurğulayıb ki, Ukraynanın özü də silah tədarükü dayandırılacağı təqdirdə tezliklə danışıqlar aparmaq istəyəcək.

"Birləşmiş Ştatlar özünü elə göstərir ki, Ukraynada münaqişənin kəskinləşməsindən qorxmur, lakin oradakı sağlam insanlar açıq şəkildə işi üçüncü dünya müharibəsinə aparmaq istəmirlər. Üçüncü dünya müharibəsi baş verərsə, qaliblər olmayacaq, o cümlədən Amerika da qalib olmayacaq", - deyə Rusiya prezidenti qeyd edib.