Şimali Koreya lideri Kim Jong Unun Rusiyaya səfər etməsinin əks-sədaları dünya gündəmini zəbt etdiyi vaxt, liderlərin bir-birinə hədiyyə təqdim etməsi zamanı ortaya çıxanlar da maarq doğurub. Belə ki, Şimali Koreya lideri Putinə hədiyyə verdi, lakin Putin Rusiya liderlərinin hədiyyə almasının uğursuzluq gətirəcəyi səbəbilə Kim Jong Una 1 rubl verib.

İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Jong Un üçün özəl olaraq hazırlanmış qılıncı rusiyalı həmkarına təqdim etmək istəyib. Vladimir Putin isə qılınca diqqətlə baxdıqdan sonra hədiyyəni qəbul etmədiyini söyləyib və 1 rubl ödəyib.

Putinin Kim Jong Unun hədiyyəsini almamağının səbəbi Rusiyada 100 illərdir davam edən adət-ənənə imiş. Rus inanclarına görə, liderlərin hədiyyə qəbul etmələri uğursuzluq gətirir. Bu səbəblə heç bir Rusiya ldieri hədiyyə qəbul etmir. Daha öncə də heç bir hədiyyəni qəbul etməyən Putin, hədiyyə verən liderlərə simvolik olaraq ödəniş edirmiş.