"Döyüş qrupları təkcə Ukraynanın hücumlarını dəf etmir, həm də əks-hücum keçirir və irəliləyir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib.

"General-leytenant Andrey Mordviçevin cavabdeh olduğu ərazidə bölmələrimiz təkcə düşmənin həmlələrini dəf etmir, həm də qoşunlarımız üçün lazım olan əraziləri alaraq özləri əks-hücuma keçirlər. Onlar iki istiqamətdə irəliləyiblər. 15 kilometr boyunca cəbhədə və təxminən dörd kilometr dərinlikdə uğurlar əldə edilib”, - Putin deyib.