Rusiya prezidenti Vladimir Putin rəqəmsal rublun tətbiqi haqqında qanunu imzalayıb. 

İqtisadiyyat.az xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Bu, nağd və nağdsız pul formaları ilə yanaşı, milli valyutanın üçüncü növüdür. Qanunun əsas müddəaları 2023-cü il avqustun 1-dən qüvvəyə minir.

Rəqəmsal rublla əməliyyatları xüsusi platformada həyata keçirmək mümkün olacaq. Rusiya Bankı bu informasiya sisteminin operatoru olacaq. Rəqəmsal rubl platformasının qaydaları tənzimləyicinin rəsmi saytında yerləşdiriləcək. 

Qanuna əsasən, Mərkəzi Bank rəqəmsal rublun hesablarının, onlarda qalıqların və istifadəçilərin əməliyyatlarının məxfiliyinə zəmanət verəcək.