"Fransa tərəfi maraqlı olarsa, Moskva Parislə qarşılıqlı əlaqəni davam etdirməyə hazırdır. Çünki münasibətləri dayandıran Fransa lideri Emmanuel Makron olub".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında deyib.

"Bizim kifayət qədər yaxşı və işgüzar münasibətlərimiz var idi. Lakin hansısa məqamdan sonra Makron əlaqələri dayandırdı. Bu əlaqələri biz dayandırmadıq. Əgər Fransanın marağı varsa, biz bundan sonra da əlaqələri davam etdirməyə hazırıq", - deyə o, bildirib.

 

Gözəl Həşimova