Kremlə və Belqorod vilayətinə edilən hücumlar Moskvanı sərt reaksiyaya təhrik etmək cəhdləridir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (BİF) plenar iclasında çıxışı zamanı bildirib.

Putinin sözlərinə görə, Rusiyanın cavabı sakit olacaq.

"Rusiya ərazisinə hücumlar davam edərsə, “sanitar dəhliz” yaratmaq imkanları nəzərdən keçiriləcək", - deyə Putin bildirib.