"Rusiya iqtisadiyyatının bu il 2 faizdən çox böyüməsini gözləyirik. Yəni iqtisadiyyatımızda bu ilki artım keçən il yaşanan itkiləri tamamilə kompensasiya edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Rusiya rəsmiləri ilə ölkə iqtisadiyyatı ilə bağlı keçirdiyi görüşdə Putin maliyyə və xidmət sektorlarının durmadan böyüdüyünü deyib.

Rusiya iqtisadiyyatının ötən ilin ikinci rübünün sonundan etibarən böyüməyə başladığını açıqlayan Putin əlavə edib: “İqtisadiyyat keçən il yüzdə 2,1 azalarkən, bu ilin yanvar-may dövründə yüzdə 0,6 böyüdü. May ayında artım tempi tədricən artaraq 5,4 faizə çatıb".

Rusiyada istehsal, tikinti və pərakəndə satış sektorlarının sabit bir böyümə prosesində olduğunu vurğulayan Putin qeyd edib: “Rusiya iqtisadiyyatının bu il 2 faizdən çox böyüməsini gözləyirik. Başqa sözlə, iqtisadiyyatımızda builki artım ötən il yaşanan itkiləri tamamilə kompensasiya edəcək".