Rusiya prezidenti Vladimir Putin 52 məhkum qadının əfv edilməsi haqqında fərman imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçısı əfv haqqında qərar qəbul edərkən humanizm prinsiplərini rəhbər tutub. İlk növbədə, azyaşlı uşaqları olan, hamilə qadınlar, o cümlədən qohumları xüsusi hərbi əməliyyatda iştirak edən qadınlar əfv edilib", - bəyanatda qeyd edilib.