"BRİCS ölkələri çoxqütblü dünyanın formalaşdırılması konsepsiyasını dəstəkləyir, heç kim hansısa suveren dövlətin kənarında olmaq istəmir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin Media Korporasiyasına müsahibəsində deyib.

"BRİCS-ə qoşulan hər kəs bu ideyanı, çoxqütblü dünyanın formalaşdırılması konsepsiyasını dəstəkləyir. Heç kim hansısa suveren dövlətin kənarında olmaq istəmir. Hamı bərabər münasibətlər istəyir və görür ki, BRİCS-ə qoşulsalar, güclərimizi birləşdirməklə bu məqsədə daha tez nail ola bilərik", - Putin qeyd edib.

Qeyd edək ki, Rusiya lideri “Bir kəmər, bir yol” Forumunda və Rusiya-Çin yüksək səviyyəli danışıqlarında iştirak etmək üçün Çinə səfər edəcək. Kreml hələlik səfərin konkret tarixlərini açıqlamayıb, lakin Çin Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, “Bir kəmər, bir yol” Forumunun özü gələn həftə, oktyabrın 17-dən 18-dək Çin paytaxtında keçiriləcək.