"İnkişaf etmiş ölkələrin artan borclarının nəzarətsiz yığılması qlobal maliyyə böhranı risklərini artırır və dünyada münaqişə potensialının artmasına səbəb olur".

“İqtisadiyyat.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının iclasında bildirib.

“Geosiyasi ziddiyyətlərin getdikcə kəskinləşməsi, beynəlxalq təhlükəsizlik sisteminin deqradasiyasının davam etməsi, inkişaf etmiş ölkələrdə borcların nəzarətsiz yığılması, sosial təbəqələşmə və dünyada yoxsulluğun artması fonunda yeni qlobal maliyyə böhranı riskləri artır”, - deyə prezident vurğulayıb.