"Almaniyanın nüvə enerjisindən, kömürdən və Rusiya qazından imtina etməsi “zəif təhsilli insanların” hərəkətidir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin iddia edib.

"Görün, o zəif təhsilli insanlar Almaniyada nə edirlər. İllərdir ki, öz əhalisini iqlim dəyişikliyi ilə qorxudurlar. Bu baş verir. Hansı səbəblərdən? Antropogen təsir və ya başqa bir şey. Yəqin antropogen təsir əsas amildir yoxsa yox? İndiyə qədər heç kim düzgün cavab verə bilməyib. Amma nüvə enerjisindən, qazımızdan imtina etməyə başladılar, kömürdən imtina etdilər”, - Putin jurnalistlərə müsahibəsində deyib.