Rusiya prezidenti Vladimir Putin ABŞ və Avropanın kifayət qədər silah-sursata malik olmadığını, bu səbəbdən Ukraynaya kasetli sursat təklif etdiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Putin “Moskva. Kreml. Putin” televiziya proqramında ABŞ-nin Ukraynaya kaset bombası göndərmək qərarı ilə bağlı dəyərləndirmələr aparıb.

O, ABŞ rəhbərliyinin bir müddət əvvəl bu bombalardan istifadənin cinayət olduğu ilə bağlı açıqlama verdiyini xatırladıb: “Onlar (ABŞ) bunu yaxşı yaşam üçün deyil, ümumiyyətlə, döyüş sursatları olmadığı üçün edirlər”.

Ukrayna ordusunun gündə 5-6 min 155 millimetr mərmi istifadə etdiyini deyən Putin, ABŞ-nin bir ayda 15 min patron istehsal etdiyini qeyd edib. "Onların güllələri çatmır. Avropada da yoxdur. Kasset sursatlarının istifadəsini tövsiyə etməkdən daha yaxşı heç nə tapmadılar”, - Putin deyib.