Futbol üzrə Avropa çempionatında İtaliya yığmasının finala çıxması «Puma» idman geyimləri şirkətinin səhmlərini bahalaşdırıb. 

Alman şirkəti olan «Puma» çempionatda iştirak edən 4 komandanı geyimlə təmin edir və onlardan biri İtaliya yığmasıdır. 

İyulun 6-da İtaliya İspaniyanı məğlub edərək turnirin finalına yüksəldi, sabahı gün iyulun 7-də «Puma»nın səhmləri 2,2% bahalaşaraq tarixi rekord vurdu – 104,25 dollar. 
Ümumilikdə «Euro-2020»nin başlamasından ötən bir ay ərzində «Puma»nın səhmləri 11,5% artıb. 

Ekspertlər bildirir ki, bütün iri idman yarışlarında olduğu kimi, Avropa çempionatı da idman geyisləri və aksessuarları istehsal edən şirkətlər üçün böyük gəlirlər və reklam dövrüdür. Bu yarışlardan hər 3 şirkət – «Nike», «Adidas» və «Puma» faydalanır. 

Xatırladaq ki, «Puma» idman geyimivə ayaqqabıla, idman avadanlıqları və parfümeriya istehsal edir. Şirkət hər il 64 milyon cüt ayaqqabı, 70 milyon geyim və 55 milyon aksessuar satır. 2020-ci ilin nəticələrinə görə, «Puma»nın gəlirləri 5,23  milyard dollar təşkil edib.