PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Fransa çempionatının 31-ci turunda "Lans" ilə oyununda komandasına kömək edə bilməyəcək.

İqtisadiyyat.az xəbər verir ki, 30 futbolçu bud nahiyəsindəki problem səbəbindən oyunu buraxacaq. Həmçinin, Neymar, Presnel Kimpembe, Nordi Mukiele və Renata Sançes də zədə səbəbindən oynamayacaqlar.

Qeyd edək ki, PSJ - "Lans" matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.