Azərbaycan Mərkəzi Bankı (AMB) "PSG Finans" MMC bank olmayan kredit təşkilatını (BOKT) cərimə edib.

İqtisadiyyat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə müvafiq olaraq AMB-nin təqdimatı əsasında Xətai Rayon Məhkəməsinin qərarı ilə kredit təşkilatı 50 min manat cərimələnib.