"PSG Finans" bank olmayan kredit təşkilatı ( BOKT) 50 min manat məbləğində cərimə edilib.

Bu barədə İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddəsinə müvafiq olaraq "PSG Finans" Bank Olmayan Kredit Təşkilatı MMC Bakı Apellyasiya Məhkəməsi tərəfindən 50 000 (əlli min) manat məbləğində cərimə edilib.