Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsində çox yaxşı əlaqələr var.

Bunu Prezident İlham Əliyev fevralın 7-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun etimadnaməsini qəbulu zamanı deyib.

Azərbaycan Prezidenti hələ sovet dövründə çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil aldığını bildirib.

Dövlət başçısı Vyetnama səfəri zamanı Azərbaycandakı ali təhsil müəssisələrinin bu ölkədən olan məzunları ilə görüşdüyünü, onları Azərbaycana səfərə dəvət etdiyini xatırladı və onların bu səfəri həyata keçirdiklərini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq layihələrinin həyata keçirilməsində Vyetnam şirkətlərinin də iştirakının mümkünlüyü məsələsinə də toxunub, həmin şirkətləri bu işlərdə iştiraka dəvət edib.