Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin məşhur turizm bölgəsi olan Ayder yaylasını keçmiş günlərinə qaytarmağa çalışır.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, prezident burada quraşdırılmış bütün yelləncəklərin sökülməsi barədə göstəriş verib. 13 yelləncəyi vətəndaşlar özləri söküblər, yerdə qalan 12 yelləncəyi isə polislər sökəcək

Yelləncəklərlə yanaşı ətrafa düzülmüş stol, stul və bufetlər də yığışdırılıb.